YÖS & TÖMER

YÖS & TÖMER

YÖS KURSLARI


 

«Yabancı Uyruklu Öğrenci Sınavı (YÖS)», Türkiyədəki universetlərdə oxumaq istəyən xarici millətli şagirdlərin girəcəkləri və nəticələrini bu universitetlərdə qəbul üçün müraicə0t edəcəkləri bir imtahandır. İmtahan 2010-ci ilə qədər Tələbə Seçmə və Yerləşdirmə Merkezi (ÖSYM) tərəfindən ümumi şəkildə edilməkdəydi, ancaq 2011-ci ildə alınan qərarlarla bu qayda ləğv olundu və universitetlər öz bünyələrində təşkil etmeye başladılar.

 

— Bu imtahan hər universitet özü təşkil edir. Türkiyədəki, bütün universitetlər bu imtahan etməməkdədir.

— YÖS imtahanı riyaziyyat və məntiq suallarından ibarətdir. Adeten 80 sual; 45 riyaziyyat, 35 mentiq şeklinde olur.

— İmtahan yalnız imtahanı edən və bu universitetin imtahanını taniyan universitetlərdə etibarlıdır.

— YÖS edən universitetlərin imtahan tarixləri və saatları dəyişməkdədir.

— İmtahana girə bilmək üçün mekteb/lisey son sinif şagirdi və ya məzunu olmaq lazımdır.

— Bu imtahan nəticəsi ilə bütün ixtisaslara girmə şansı vardır.

— Bəzi universitetlər Almaniya, Azerbaycan ve bir sıra diger ölkelerde bu imtahan etməkdədir.

TÖMER (Türk dili haqqında sertifikat), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin Türkcə dil biliyini yoxlayır.
Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur. 
 
 
Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kateqoriyaya aid olan hər kəsə lazımdır.
 
 
  • Attestatla bakalavr təhsili alamaq istəyənlərə 
  • YÖS- lə bakalavr təhsili almaq istəyənlərə 
  • Magistr təhsili almaq istəyənlərə
  • Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
  • Doktorantura oxumaq istəyənlərə

TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır. Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir

 

Kursu bitirən tələbələrimizə rəsmi möhürlü sertifikatlar veriləcək.

Təşkilatımız eyni zamanda rayonda yaşayan soydaşlarımız üçün distant təhsil sunmaqdadır.