HUNGARY

Hər il 200 Azərbaycan vətəndaşı Macarıstanda təqaüd ilə təhsil alır. Səndə heç bir təhsil haqqı ödəmək istəmirsənsə və yaşamaq və yemək xərclərinin belə ödənməsini istəyirsənsə bu proqram tam olaraq sənin üçündür. NLE-ə gəl! Biz bu istəyinizi gerçəkləşdirək.

-Macarıstanda Təqaüdlə Təhsil Proqramı haqqında:

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır.

-Təqaüd ayrılan fakültələr:

- tam bakalavr, magistratura təhsil proqramları üzrə

* kənd təsərrüfatı, su idarəetməsi - 40 təqaüd;

* təbiət elmləri, davamlı inkişaf - 30 təqaüd,

* tibb elmləri (“health studies”) - 10 təqaüd;

* turizm - 40 təqaüd;

* mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 30 təqaüd;

* iqtisadiyyat, biznes və idarəetmə elmləri - 40 təqaüd; 

- doktorantura təhsili üzrə və istənilən maraq dairəsi üzrə - 10 təqaüd.

- Maliyyələşmə

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Macarıstan tərəfindən:

* ödənişsiz təhsil;

* universitet yataqxanasında yaşayış;

* tibbi sığorta;

* aylıq təqaüd ( Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir).

Mövcud qanunvericiliyə əsasən ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir:

- Bakalavriat və magistratura proqramları üçün: 40.460 Macarıstan forinti

- Doktorantura proqramları üçün: təhsilin ilk 2 ilində 140.000, növbəti 2 ilində isə 180.000 Macarıstan forinti;

- Tələb olunan sənədlər:

1. Macarıstan Təqaüd Heyətinin elektron müraciət forması (tam şəkildə doldurulmuş, çap olunmuş və namizəd tərəfindən imzalanmış).

Diqqət! Müraciət formasında namizədlərə seçdikləri ixtisaslar (yalnız ümumi məlumat bölməsində qeyd olunmuş ixtisaslar) üzrə universitetlərin siyahısı təklif olunur. Hər bir namizədin 3 seçim qeyd etmək imkanı vardır;

2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı);

3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);

4. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (müraciət etdiyi ali təhsil müəssisəsinin şərtlərinə cavab verən);

5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş)

a. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında sənəd;

b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu;

c. doktorantura təhsil səviyyəsi üçün: magistr diplomu;

QEYD: sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalvr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd.

6. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq olunmuş);

7. Ümumvətəndaş pasportunun şəxs haqqında məlumatlar olan səhifəsinin surəti;

8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidir:

9. Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə təhsil almaq üçün müraciət etdiyi dildə yazılmış);

10. Namizədin əvvəlki və ya hazırki elmi rəhbəri (müəllimi) tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu.

QEYD: İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür:

- orta təhsili bitirmə haqqında sənəd: orta təhsil pilləsində sonuncu yarımillikdə təhsil alanlar üçün;

- bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

- magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

- dil biliyini sübut edən sənəd: müraciət vaxtı dil biliyi sertifikatının nəticəsini gözləyən namizədlər üçün. Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır.

P.S. Əlavə suallarınız varsa ƏLAQƏ bölməsində olan nömrələrə zəng edin və ya ofisimizə yaxınlaşın.