WORK AND STUDY

PROQRAMIN TƏSVİRİ

Work & Study proqramı, universitet tərəfindən tələbənin təhsil aldığı müddətdə 100%-lik zəmanətlə işlə təmin olunması proqramıdır. Work & Study proqramı əməkdaşlıq etdiyimiz universitetlər tərəfindən dəstəklənir. Tələbə həm təhsil alır, həm də eyni zamanda günün yarısını işləməsi üçün işlə təmin olunur.Hal hazırda bu proqram 3 ölkəni əhatə edir.

 

Ölkələr: 

1. Polşa

2. Rumıniya

3. Kanada

POLŞA.

 

Proqramın üstün cəhəti tələbənin təhsil aldğı müddətdə işlə təmin olunmasıdır. Gün ərzində 4 saat ( həftədə 20 saat ay ərzində isə 80 saat ) işləməklə 500 EUR qədər əmək haqqı ala bilərsiniz. Qeyd etsək ki, magistratura təhsili alanların dərsləri axşam saatları olur, bu halda magistratura oxuyanlar günün 8 saatınıda işləyə bilərlər. Və 1000 euro ya qədər əmək haqqı ala bilərlər.

Bilməyiniz vacib olan mövzulardan biridə budur ki, getdiyiniz ölkədə tez bir zamanda işə başlamayacaqsınız. Bu proesselərin müddəti bir ayadək davam edir.Bir ay qalmaq və yemək xərclərinizi cibinizdən qarşılayacağınızı unutmayın! Qalan ayları isə aylıq əmək haqqınızla idarə edəbiləcəksiniz.

Polşada tez bir zamanda işə düzəlmək istəyirsinizsə gərək yaxşı səviyyədə rus və ya ingilis dilini biləsiniz.Polyak dilini bilsəniz daha tez iş taparsınız. Bildiyiniz kimi Ukrayna Polşa ilə həm sərhəddir. Ona görə Polşada ukraynalı tələbələr çoxdur və azərbaycanlılara nisbətən rus dilli olduqlarına görə daha tez işə düzəlirlər. Əgər sizin dil bilikləriniz yaxşıdırsa sizdə tez bir zamanda işə düzələcəksiniz.

Polşada təhsil haqqında Ölkələr->Polşa bölməsindən maraqlana bilərsiniz. Qısa olaraq məlumat verək ki, Polşada ilik təhsil haqqları 1000 eurodan - 3500 euroyadək dəyişir. Polşanın ütünlüklərindən  biridə bundadır ki, illik təhsil haqqını aybay ödəyə bilərsiniz.

Təhsil üç dildə keçirilir. Rus , İngilis və Polyak dillərində.

Rumıniya.

 Rumıniyada Polşada olduğu kimi tələbələrə günün yarısını işləməyə icazə verir. Bizdə No Limits Education ailəsi olaraq universitetlə bağladığımız müqavilədə sizin üçün iş tapılmasını tələb etmişik.Universitetdə şərtimizi qəbul edib və tələbələrimizə iş tapacaqlarına söz veriblər.

Şərtlər demək olarki, eynidir. Gün yarısını işləyərək ( gün ərzində 4 saat ) 500 EUR qədər əmək haqqı ala bilirsiniz. Yuxarıda qeyd etdiyimiz kimi magistraturada oxuyanlar daha çox işləyərək 1000 euro-a qədər qazanc əldə edə bilərlər.

Qeyd edək ki, dünyaın bütün ölkələrində tələbələrə yalnız günün yarısını işləməklə həftədə 20 saat işləmək icazəsi var. Magistraturada oxuaynalarada bakalavrda oxuyanlarada. Magistratura oxuyanların dərs saatları axşam olduğundan daha çox işləməyə vaxtları olacaq. Bu halda onlar günün yarısını rəsmi qalan yarısını isə qeyri rəsmi işləyə bilərlər. 

P.S. Biz yalnız rəsmi iş tapmağınız söz veririk.

İşin tapılmasına 100%-lik zəmanət verilir amma bu müddət bir ayadək uzana bilər. İşləmək üçün lazım olan əsas şərt ingilis və ya rumin dillərindən birini yaxşı səviyyədə bilməyinizdir.

Rumıniyada təhsil haqqında Ölkələr->Rumıniya bölməsindən maraqlana bilərsiniz. Qısa olaraq məlumat verək ki, Rumıniyada ilik təhsil haqqları 1000 eurodan - 3500 euroyadək dəyişir. Təhsil ingilis və rumin dillərindədir.

Durmadan çalışan komandamız sizlər üçün yeni təhsil və iş imkanları yaratmaqdadır. 

Kanada.

 

 Kanada tələbələrə iş imkanı verən ölkələr arasındadır. No Limits Education olaraq sizlərə Kanada ölkəsində də Work & Study proqamından yararlanmağınız üçün yardım edə bilərik. Bizim digər şirkətlərdən fərqimiz bundadır ki, tələbəlrimizə öz xərclərini qarşılamaları üçün iş tapırıq. Onlar həm oxuyurlar həmdə işləyirlər.Kanada ölkəsində də rəsmi iş saatı tələbələr üçün həftəlik 20 saatdır ( gün ərzində 4 saat ). Aylıq əmək haqqı 800-1000 kanada dollar arası dəyişir. İşləməyiniz üçün sizin ingilis dili səviyyəniz yaxşı olmalıdır.

Kanada da olan əlaqələrimiz sayyəsində təhsilinizi bitirəndən sonra daimi işləməyiniz üçün də iş tapa bilərik. Bunun sayyəsində də siz rəsmi olaraq vətəndaşlığa müraciət edib Kanada vətəndaşı ola bilərsiniz.

Kanada da təhsil haqqında Ölkələr->Kanada bölməsindən maraqlana bilərsiniz. Qısa oalraq qey edək ki, Kanadada təhsil ingilis dilindədir və illik təhsil haqqı 13000 kanada dollarından başlayaraq dəyişir.