Haqqımızda

 

İllərdir " Get, Gör, Götür - Yaxşısını Vətənə gətir! " şüarı ilə fəaliyyət göstərən " No Limits Education " MMC dünyanın fərqli yerlərindən olan, keçmiş xaricdə təhsil alan tələbələr (dostlar) tərəfindən 2010-cu ildə qurulmuşdur. 7 ildir fəaliyyət göstərən şirkətimiz artıq dünya səviyyəsində tanınmış bir Xaricdə Təhsil Agentliyidir. Belə ki, il ərzində fərqli ölkələrdə keçirilən xarici universitetlər tərəfindən maliyələşdirilən biznes görüşlərə dəvət olunur və yeni universitetlərlə əməkdaşlıq danışıqları apararaq sizlər üçün " Work and Study " , " Scholaraship " və s. kimi maraqlı proqramlar tərtib edirik. Şirkətimizin əsası təhsili hamının imkanlarına uyğun şərtlərə gətirmək məqsədi ilə qoyulmuşdur.Yəni əvvəllər yalnız maddi vəziyyəti yaxşı olan ailələrin övladları xaricdə təhsil alırdısa indi bizim vasitəmizlə və bu kimi proqramların sayəsində az təminatlı ailələrin övladlarıda xaricdə təhsil ala bilər.  "No Limits Education” brendi sizə ən yüksək keyfiyyəti ən uyğun qiymətlətlərlə sunmaqdadır. Bəziləri üçün təhsil dəbdəbədir, digərləri üçün bahalıdır. Bizim isə məqsədimiz təhsildə limitləri aradan qaldırmaqdır.

Niyə biz !? 

 

I. ASAN! UCUZ! və KEYFİYYƏTLİ xidmət yalnız bizdədir.

~ ASAN! - Universitetlərlə bağladığımız müqavilələr bizə imkan verir ki, sizin sənədlərinizi bir başa universitetin rəsmi poçt ünvanına göndərək və 5 iş günü içində QƏBUL sənədinizi alaq. 

~ UCUZ!- Bir çox məktəb və şirkətlər tələbələrdə məlumatın azlığından faydalanıb həddindən artıq yuxarı qiymətlərlə sizə xaricdə kurslar və ya  xaricdə təhsil təklif edir. Biz illər ərzində universitetlər və akademiyalarla yaradılmış əlaqələrimizdən əldə olunan keyfiyyətli xidməti və ən ucuz qiyməti sizə təklif edirik.

~ KEYFİYYƏTLİ! - Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq bizdə bütün proseslər tam rəsmi formada aparaılır. Yəni hüquqi olaraq Azəribaycan və Beynəlxalq qanunvericiliyinə uyğun olan müqavilə bağlanılır sonra isə işlərə başlanılır. Bütün işlər bitəndən sonra ( rəsmi olmayan ) xaricdə təhsil işilə məşğul olan dəllallara əlbə əl ödədiyiniz kimi deyil rəsmi formada korperativ bank hesabımıza və ya ofisdə kassaya ödəyərək məxaric qəbzinizi tələb edə bilərsiniz.

 

II. SİZDƏN ƏVVƏLCƏDƏN HEÇ BİR ÖDƏNİŞİ ETMƏK TƏLƏB OLUNMUR!

~ Bizim digər şirkətlərdən əsas fərqimiz " ƏVVƏLCƏDƏN XİDMƏT HAQQI OLARAQ HEÇ BİR İLKİN ÖDƏNİŞİN ALINMAMASIDIR " . Tələbə dəvətnaməsini və vizasını alandan sonra müqavilədə qeyd olunan xidmət haqqını ödəyir. Əgər tələbə universitetdən dəvətnaməsini alarsa ancaq viza rəddi gələrsə biz heç bir ödəniş almırıq. ( Bu hallar cox nadir halda baş verir ) Əsas məqsədimiz sizlərə istədiyiniz bilikləri əldə etməyinizdə, bir çox şirkətin təklif etdiyindən dəfələrlə aşağı qiymətə eyni xidməti göstərməkdir.

III. Seçimin çox olması və əlaqələrimizi geniş olması.

~ İllərdir ABŞ, Türkiyə, Ukrayna, Rusiya, Belarusiya, Çin Xalq Respublikası, Gürcüstan, Kanada, Avropa ölkələri və İngiltərə universitetləriylə etdiyimiz əməkdaşlıq sayəsində sizlərə çox mükəmməl fakültələrdə təhsil almağınızla yanşı həmin ölkələrdə qarşılanmağınıza, yaşamaq üçün ev tapmağınıza və günün yarısını işləməyiniz üçün iş tapmağınıza yardımçı oluruq.