PARTNERS

`` No Limits Education`` Məhdud Məsuliyyəti Cəmiyyəti Vakansiya elan edir.
____________
Yerli abiturientlərin xarici ölkələrdə dövlət və özəl təhsil ocaqlarında təhsil alması, müxtəlif peşələrdə çalışan şəxslərin ixtisasartrma kurslarına cəlb edilməsi, yay və qış məktəblərində iştirakın təmin edilməsi, xaricdə dil kursları tədrisinin alnması, transfer xidmətlərinin göstərilməsi və s. bu kimi sahələr üzrə `` No Limits Education`` MMC bir neçə sahə üzrə əməkdaşlıq və yeni iş imkanları təklif edir :

• Sərbəst qrafiklə Satş meneceri işləmək istəyənlər üçün :

Logo 1

``No Limits Education`` MMC sərbəst qrafiklə bu vakansiya üçün işçi qəbulu elan edir. Yüksək danışıq qabiliyyətinə malik, reklam və satış menecerliyi sahəsində təcrübəsi olan xanım və bəylərə üstünlük veriləcək. 
İşin təsviri :
1. Şirkətin reklamı – fəaliyyəti istiqamətləri və xidmət sahəlləri haqqında geniş məlumatın müştərilərə çatdırlması ;
2. Cəlb edilən müştərilərin baş ofisə yönləndirilməsi ;
Maaş :
- Cəlb edilən müştəri ilə imzalanan müqavilə əsasında göstərilən ümumi məbləğdən 300-500 azn ayrılmış hissəsi.

• Rəsmi distribitur kimi əməkdaşlıq etmək istəyənlər üçün :

``No Limits Education`` MMC yuxarıda qeyd edilən sahələr üzrə fəaliyyət göstərmək istəyən şəxslərə rəsmi distribitur olmaq təklifi edir. 
İşin təsviri :
1. NLE MMC distribitur kimi qəbul edilən yerləri reklam, loqo və rekvizitlərdən istifadə imkanı tanıyır, həmçinin də buklet, flayer və s. kimi reklam, tanıtım xarakterli məhsullar ilə təmin edir ;
2. NLE MMC öz distribiturlarının aylq cari xərclərinin qarşılanamsını öz öhdəliyinə götürmür ;
3. NLE MMC rəsmi distribitur kimi qəbul edilmiş nümayəndəliklərində çalşan işçilərin qəbulunu, onların aylıq maaşlarını ödəməyi həyata keçirmir. Bütün bu kimi məsuliyyətlər müqavilə əsasında müəyyən müddətə əməkdaşlıq edilən distribiturun rəhbəri tərəfindən həyata keçirilir .
Maddi gəlir forması :
- NLE MMC tərəfindən müəyyən müddət ərzində müqavilə əsasında fəaliyyət göstərən rəsmi distribiturun aylıq gəlirləri ümumi əldə edilən xeyirin 50%-i həcmindədir.

• Şirkətlərlə qarşılıqlı əməkdaşlq .
``No Limits Education`` MMC eyni və ya oxşar ( travel ) sektorda fəaliyyət göstərən digər şirkətlərlə də aşağıdak sahələr üzrə əməkdaşlıq təklif edir :
1. Xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlərin əlaqəsi olmadığı ABŞ, Böyük Britaniya və Avropa ölkələrinə, şərqin nəhəng ölkəsi olan Çinə və s. tələbə qəbulu həyata keçirə bilərik ;
2. Scholarship, work and study, study abroad, foundation, student transfer, medicine studies, work and travel, erasmus, police academy, summer school və s. proqramlar üzrə mübadilə prosesinin gerçəkləşdirilməsi .
Bu halda biz tələbə ilə görüşmürük əməkdaşlıq etdiyimiz şirkət qəbul edir və müqavilə bağlayır biz isə yalnız sənədləri alıb ilşəri həll edirik.
Maddi gəlir forması :
- NLE MMC tərəfindən müəyyən müddət ərzində müqavilə əsasında qarşılıqlı əməkdaşlıq edən şirkətlərin aylq gəlirləri ümumi əldə edilən xeyirin 60%-i həcmindədir.

Əməkdaşlıq etməyən istəyən şəxslər office@nolimitseducation.org mailine emekdashliqla bağlı mail göndərə və ya həftə içi ofisimizə yaxınlaşaraq müraciət edə bilərlər.