Məktəb rəhbərləri üçün təlim

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda  seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşməkdir.

İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, ayrı-ayrı bölgələrdən təhsil menecerləri iştirak ediblər.