WORK & TRAVEL

 Amerikada Work and Travel.


İngilizcəni inkişaf etdirmək, Amerikanı kəşf etmək və xirici tələbələrlə dostluq qurmaq istəyənlər üçün Work and travel proqramı mükəmməl bir fürsətdir.

Bu proqram universitet tələbələrinin yaz dövründə həm Amerikada 3-4 ay ərzində işləyərək ingilis dilini inkişaf etdirib həm də gezərək yeni mədəniyyətlər öyrənməsi üçündür. Tələbələr bu program sayəsində başqa ölkədən gələcək work and travel şagirdləri sayəsində yalnız Amerikanı deyil digər ölkələrin mədəniyyətini öyrənmək və xarici dostlarla tanış olmaq şansına da sahib olurlar.

" No Limits Education" MMC Work and Ttravel tələbələri; otel, restoran, əyləncə parkları, su parkları və mağazalarda iş imkanı əldə edirlər. İş saatları günü yarısını işləyərək 4 həftəlik 16-20 saat arasıdır.

Work & Travel Nədir?


Work & Travel (WAT); ABŞ Dövlət Nazirliyi tərəfindən universitet tələbələri üçün təşkil edilən, etibarlı bir mədəniyyət dəyişmə proqramdır. Bu proqram çərçivəsində ölkəyə gedən gənclər, 4 ay müddətində ölkədə çalışa və gəzəbilirlər. Azərbaycanca "İşlə və Gəz" olaraq tərcümə etdiyimiz bu program daxilində tələbələr; yaz ərzində ABŞ-da 3 ay çalışıb və 1 ay isə gəzə bilərlər.

Əvvəlcə qeyd edək ki; Work & Travel bir tətil və ya dil təhsili proqramı deyil. Bu program; Bakalavr və magistratura tələbələrinin öz finanslarını təmin edərək, yeni mədəniyyətlər kəşf etmələrinə, üfüqlərini açmalarına və xarici dillərini inkişaf etdirmələrinə imkan tanıyan, yeniliklərə açılan bir pəncərədir.

P.S. Əlavə suallarınız varsa ƏLAQƏ bölməsində olan nömrələrə zəng edin və ya ofisimizə yaxınlaşın.