FOUNDATION PROGRAM

Tək Bir addımda Dünyan dəyişəcəksən!

İngilis dilini xaricdə öyrənmək və karyera pillələrini sürətlə dırmanmaq üçün bir addım atmağın yetər ...

Dünyanın danışdığı dil olan İngilis dilini öyrənmək sanıldığı qədər çətin deyil ... Yanlış öyrənmə üsulları, uzun və darıxdırıcı dərslər, bitmək bilməyən tapşırıqlar, qrammatika qəliblərinə sıxışan imtahanlar, səhv tələffüz qorxusuyla söylənəməyən sözlər səbəbiylə sanki bir problemə çevrilən İngilis dili qorxunu İngiltərədə və ya Amerikada heç çətinlik çəkmədən, ölkənin və dostluqların kefini çıxararaq məğlub etmək üçün bütün təcrübəmizi səninlə paylaşırıq.

İngilis dilini Gözündə Böyütmə, təkliflərimizə diqqət et!

No Limits Education olaraq 7 illik təcrübəmizə əsaslanaraq sənə ilk təklifimiz İngiliscə bu dilin danışıldığı hətta ana dil olaraq qəbul edildiyi bir yerdə öyrənməyin olacaq. Siniflərə sıxışaraq öyrənməyə çalışılan İngiliscə bir müddət sonra yadan cıxır. Lakin biz deyirik ki, İngilis dilini öyrənmək bir təcrübəyə borcludur ... İngilis dilini öyrənmək darıxdırıcı notları uzun dərslər və imtahanlardan ibarət deyil ... Onlarla ölkədən gələn yoldaşlarınla ​​etdiyin söhbətlərində, qaldığın ailənin yanında gündəlik danışıqlarla, ünvan soruşarkən küçədə, alver edəcəyin marketdə bir kassir ilə ya da yan masanda oturan bir adamla ünsiyyətə girərək həyatın içində öyrənə bilərsən ...

Dünyada 8 ölkədə İngiliscəni ana dil olaraq danışırlar. Hər il 1.5 milyondan çox adam İngiliscə öyrənmək və İngilizcəsini inkişaf etdirmək üçün bu 8 ölkəni seçir. İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, Malta və Cənubi Afrika hər il milyonlarla şagirdi torpaqlarında qəbul edirlər. Hər il milyonlarla şagird inkişaf etmiş bir İngiliscəsiylə və unudulmaz təcrübələrilə ölkəsinə dönür.