SUMMER SCHOOL

SUMMER SHCOOL

“No Limits Education” tələbələrin yay tətilini daha səmərəli keçirməsi üçün onlara dünyanın bir çox yerlərində Summer School-da (Yay Məktəbi) iştirak etməyi təklif edir. Tələbə və ya məktəblilər bu müddətdə həm dil öyrənəcək, hazırlıq proqramları keçəçək və eyni zamanda ölkənin həyat tərzi, adət-ənənələri, mədəniyyəti ilə yaxından tanış olub əvəz olunmaz tətil keçirəcəklər.

“No Limits Education” Birləşmiş Krallıqda Oxford Royal Academy-nin təşkil etdiyi  8-12, 13-15, 16-18 və 19-25 yaş qrupları üzrə yay məktəbləri təklif edir. Kurslar iyun, iyul və avqust aylarında keçirilir. Yaş qruplarından asılı olaraq tələbələr Askot, Oksford, Kembric və London şəhərlərində kurs keçə bilərlər.

  • Sessiya 1: 4 İyun-17 İyun 2017
  • Sessiya 2: 18 İyun-1 İyul 2017
  • Sessiya 3: 2 İyul-15 İyul 2017
  • Sessiya 4: 16 İyul-29 İyul 2017
  • Sessiya 5: 30 İyul-12 Avqust 2017
  • Sessiya 6: 13 Avqust-26 Avqust 2017

2017 il üçün 2 həftəlik proqramın ödənişi £4,295.00, 4 həftəlik proqramın ödənişi isə £8,295.00-dir.

Ödənişə daxildir 8-12 və 13-15 yaşlı tələbələrə bütün yeməklər,16-18 və 19-25 yaşlı tələbələr səhər yeməyi və nahar, dərs və kurs materialları, tədbir və ekskursiyalar, xüsusi tibbi və səyahət sığortası daxil olmaqla digər dərs xarici fəaliyyətlər aiddir.

Yuxarıdakı ödənişlərdən fərqli olaraq 2 Film Akademiyası proqramı var, hansının ki, ödənişi £4,595.00-dir.

Bundan əlavə tələbələrimiz DigiPen Institute of Technology-in İspaniya və Amerika kampuslarında da yay məktəbi keçə bilərlər. Yay məktəbi İspaniyanın Bilbao, Amerikanın Redmond şəhərlərində keçirilir. Yay məktəbinə 17 yaşından başlayaraq tələbələr qəbul olunur. Yay məktəbinin müddəti 2 həftəlikdir və məktəb iyunun 20-dən etibarən başlayır.

Yay məktəbinin Bibao kampusunda ödəniş 500€, Redmond kampusunda isə təxminən 1500USD-dır.

P.S. Əlavə suallarınız varsa ƏLAQƏ bölməsində olan nömrələrə zəng edin və ya ofisimizə yaxınlaşın.