Xaricdə təhsil almaq istəyənlər üçün 6 vacib şərt


Bir neçə il xaricdə təhsillə məşqul olduğumuza və ölkədə xaricdə təhsilə maraq artdığına görə bəzi məlumatları sizə maraqlı və lazımlı olacağını nəzərə alaraq, bu mətni yazmağa qərar verdik.
Beləliklə, facebook səhifələrimizdə istifadəçilərlə danışıqlardan ən çox şikayətlərin fırıldaqçı şirkətlərin əlindən olur, ona görə sizə qəti şəkildə tövsiyyə edirik:
1 - ƏVVƏLCƏDƏN HEÇ KİMƏ ÖDƏNİŞ ETMƏYİN!!!
2 - Bir çox şirkətlər yalnız siz müəyyən sertifikat imtahanları (İELTS, TOEFL, YÖS) verdikdən sonra sizi universitetə qəbul etdirməyə söz verir. İmtahan verəcəksinizsə onlar nəyinizə lazım elə özünüzdə qəbul olun!
3 - Sizə veriləm sözlərə yox, sənədlərə inanın!
4 - Dəqiq tam xərcin nə qədər çıxacağını əvvəlcədən örgənin! Amma umumi xərclərin tam o qədər olacağını hesab etməyin beləki, hesaba almayacağınız (qab qacaqdan tutmuş, yolüstü azuqəyə qədər) əlavə xərcləriniz olacaq.
5 - Sizə 100% viza alacaqsınız deyən insanlardan qaçın! Onlar fırıldaqçıdır.
6 - Sizə təqaüd söz verən insanlardan qaçın, təqaüdü pulla almaq olmur, onu gərək biliklə qazanasınız!