Magistratura səviyyəsinə hazırlıq


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər.

Magistraturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Magistraturalara qəbul Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TDQK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.


Magistraturaya qəbul üzrə müsabiqənin birinci mərhələsi

  • ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü),

  • informatika fənnini,

  • xarici dili bilmə səviyyəsi

ikinci mərhələsində isə ixtisas sahəsində bilikləri yoxlanılır.


Tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar - ingilis, alman, fransız və ya rus dilini;

Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar - ingilis, alman və ya fransız dilini;

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər.

Upper-Intermediate səviyyəsi

Advanced səviyyəsi


Təhsil haqqı:

Qrup məşğələləri:80 AZN

Fərdi məşğələlər: 160 azn