Abituriyent hazırlığı


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.

Dövlət “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent yalnız bir ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

I ixtisas qrupu –ana dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə - ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

II ixtisas qrupu –ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğra¬fiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə - ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

III ixtisas qrupu – ana dili, ədəbiy¬yat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə - ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

IV ixtisas qrupu – ana dili, riyaziyyat, fizika, kimya və biologiya.



Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:

I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, ana dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunur

II ixtisas qrupu – riyaziyyat, coğrafiya, ana dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunur.

III ixtisas qrupu – ana dili, tarix, ədəbiy¬yat, xarici dil, riyaziyyat. Ana dili və tarix əsas fənlər hesab olunur.

IV ixtisas qrupu – biologiya, kimya, fizika, ana dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunur.

Hər bir namizədlə müsahibə fərdi qaydada ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir.



Təhsil haqqı:


Bütün fənlər üzrə hazırlığa gələn Azərbaycan bölməsi tələbələr üçün qiymət:

Qrup məşğələləri: 30 AZN

Fərdi məşğələlər: 50 azn


Bütün fənlər üzrə hazırlığa gələn Rus bölməsi tələbələr üçün qiymət:

Qrup məşğələləri: 50 AZN

Fərdi məşğələlər: 70 azn


Bir neçə fənlər üzrə hazırlığa gələn tələbələrə təhsil haqqında ENDİRİM olacaq!