ABŞ-da təqaüdlər haqqında


ABŞ-nın ali təhsil müəssisələrində xarici tələbələr üçün təqaüd!!!

              Hamının arzusudur ABŞ-da təhsil almaq, ancaq təhsil haqqı çox yüksək olduğundan bu arzumuzdan imtina etmək məcburiyyətində qalırıq.
              ABŞ-da yerli əhali ilə müqayisədə, xarici vətəndaşlar üçün çox çətindir təhsil alan zaman hansısa yardım və yaxud təqaüd almaq.
              Hər şey insanın öz əlindədir, istəsə hər bir şeyə nail ola bilər!
              Statistikaya əsasən xarici tələbələrin 7% təhsil aldıqları müəssisədən təqaüd alırlar, 5-6% isə fondlardan və ya sponsorlardan.
              ABŞ təhsil müəssisələrində təqaüdlərin növləri:

  • Adi təqaüd
  • Delta Gamma Fellowship
  • Fellowship
  • Qrant
  • Assistantship
  • Loan
  • Sponsor dəstəyi
  • Təhsil haqqının aşağı salınması
  • Adi təqaüd- bu sadəcə olaraq təhsil üçün təqaüddür və hərdən tələbənin yaşadığı kampus üçündür. Təqaüd yardım kimi tələbəyə ödənilir və tələbədən geri alınmır.
    Delta Gamma Fellowship- bu təqaüd universitetdə təhsil alan xanımlar və müəyyən təşkilatların iştirakçı və üzv olan xanımlar üçündür: American Historical Association - Amerika Tarixçilər Assosiasiyası, American Psychiatric Association - Amerika Psixiatriya Assosiasiyası, Association of American Geographers - Amerika coğrafiyaşünaslar Assosiasiyası və s.
    Fellowship- Formal olmayan elmi ictimaiyyətlər təqaüd təklif edirlər aspirantlara, kandidatlara və elmlər doktorlarına, hansılar ki, öz sahələri üzrə xüsusi layihələrlə məşquldurlar.
    Grant- çox yüksək təqaüddür və bu təqaüdü almaq çox çətindir. Qrant bildiyiniz kimi müəyyən layihə üçün ayrılır (elmi tədqiqat).
    Qrant o şirkət tərəfindən ödənilir ki, hansısa müəyyən layihə üzrə tələbəni işə götürür. Qrant vasitəsilə mümkündür aşağıda göstərilənləri ödəmək: əmək haqqı, nəqliyyat xərcləri, yaşayış və digər xərclər. Qrant proqramlarının çoxu Doktorluq dissertasiyalar üzrə işləri maliyyələşdirir.
    Assistantship- bu köməkçi işidir, təşkilat maliyyələşdirəndən sonra tələbədən müəyyən işlərin yerinə yetirilməsini tələb edir, əsasən tədqiqatların keçirilməsi ilə əlaqədar elmi rəhbərlərə və yaxud professorlara kömək etmək. Belə təqaüdləri almaq üçün yalnız universitetlərin aspirantları müraciyyət edə bilərlər. Tələbələr üçün bu çox qiymətli bir təcrübədir- universitetin professorlarından öyrənmək.
    Loan (Kredit)- universitetdə təhsil almaq üçün maliyyə vəsaitinin alınması üçün çox populyar üsuldur. Xarici tələbələrə hər zaman kredit verilmir. Tələbə hər zaman əlaqə saxlamalıdır və birinci kursdan təbii ki, verilmir və yəqin ki, birinci və ikinci kursdan sonra Siz müraciyyət edəsiniz və Sizə kredit verilsin.
    Sponsor dəstəyi- Belə bir növ təqaüd və təhsil üçün maliyyə, Siz şirkətlərdən, xeyriyyə təşkilatı və hətta fərdi şəxslərdən ala bilərsiniz.
    Təhsil haqqının aşağı salınması- belə növ təqaüd almaq üçün Siz ərizə ilə müraciyyət edə bilərsiniz ki, Sizin ailə büdcəniz aşağı olduğuna görə təhsil haqqını ödəyə bilmirsiniz. Bəzi özəl universitetlərdə endirim hətta 50% təşkil edə bilər.


    Xarici vətəndaşlar təhsil alan zaman nəinki təqaüd və ya qrant ala bilərlər həmçinin ödənişsiz təhsil ala bilərlər.

    Bildiyiniz kimi, bütün təqaüdlər 1 il müddətinə verilir, ancaq ona baxmayaraq Sizin hüququnuz var, hər il təqaüd almaq üçün müraciyyət etməyə, yəni o deməkdir ki, əgər Siz universitetin tələblərinə uyğun gələrsinizsə onda Siz təqaüdü hər il ala bilərsiniz.

    Bir məqamı qeyd etmək lazımdır ki, yalnız ABŞ-ya ingilis dilini öyrənmək məqsədilə gedən xarici vətəndaşlara təqaüd verilmir, çünki ABŞ-nın qanunvericiliyinə əsasən bu növ təhsil ancaq tələbənin özü tərəfindən ödənilir.

    ABŞ-nın kolleclərindədə- community colleges (bizim texnikomlar) maliyyə yardımı almaq mümkündür, sadəcə olaraq universitetlərdə maliyyə almaq onlarla müqayisədə çox asandır. Həmin maliyyə yardımı yalnız təhsilin ilk ili üçün verilir. Hər kollecin öz kriteriyası var, xarici tələbəyə maliyyə yardımının verilməsi üçün.

    Ən əsas amillərdən biri odur ki, kolleclər nəyə görə Sizə təqaüdü verməlidir, o deməkdir ki, müraciyyət edənlərdən Siz çox fərqlənməlisiniz və üstün olmalısınız ki, onlar maliyə yardımını Sizə versinlər.

    ABŞ universitetlərində qrantlar.

    Əgər Siz artıq ABŞ-dasınız və artıq community college 2 illik proqramla bitirmisiniz və Associate degree (bizim peşə təhsil ) yaxşı qiymətlərlə (A, B+) bitirmisiniz, onda Sizin şansınız yaranır hansı universitetdə planlaşdırırsınızsa təhsil almaq, təqaüdü o universitetdən almaq.

    Qeyd etmək lazımdır ki, universitetlərin hamısında elə bir maliyyə yardımı vermək üçün fondlar olmur.

    Əgər Siz təhsil aldığınız müddətdə çox fəal olmusunuz, Siz bundan istifadə edə bilərsiniz. İnşa (essay) yazan zaman Siz orada sosial fəaliyyətiniz haqqında ətraflı yaza bilərsiniz və təhsil aldığınız müəssisənin direktoru və müəllimləri tərəfindən verilmiş tövsiyyə məktublarını, hansılardakı, onlar konkret olaraq Sizin gördüyünüz konkret işlər və əldə etdiyiniz nailiyyətləri və s. qeyd ediblər, bir söznən ABŞ kollec və universitetlərinə Siz göstərməlisiniz ki, Siz həqiqətəndə təhsil aldığınız müəssisədə çox fəal və orada faydalı işlər görmüsünüz.Təqaüd almaq şansınız bu yolla çox böyük deyil amma ala bilərsiniz.

    İdman.

    Əgər Sizin professional idman növündə hansısa titullarınız və mükafatlarınız varsa, və yaxud hansısa yığma komandasındasınız , misal üçün Sizin öz yaşadığınız şəhərin və ya ölkənin, onda Sizin hətta şansınız yaranır ABŞ universitetlərində təqaüd almaq.

    Məsələ burasındadır ki, ABŞ –da olan universitetlərin çoxunun idman təqaüdləri var, hətta məbləğlər çox böyükdürlər, hərdən bu təqaüd vasitəsilə bütün təhsil xərclərinin hamısını 100% ödəmək mümkündür.

    Hətta bir neçə təhsil müəssisələri var ki, Siz orada tamamilə ödənişsiz təhsil ala bilərsiniz.

    Qeyd etmək lazımdır ki, həmin təhsil müəssisələrinə daxil olmaq çox çətindir, hətta Harvard və Prinston universitetlərindəndə.

    Onlardan misal üçün aşağıdakıları qeyd etmək olar:

    The Cooper Union,

    Macaulay Honors College, 

    Yale School of Music, 

    College of the Ozarks, 

    Berea College


    Aşağıda qeyd olunmuş saytlardan Siz ətrflı məlumat ala bilərsiniz hansı ABŞ universitetlərinin idman təqaüdləri var.


    Xarici vətəndaşların ABŞ universitetlərində təqaüdlər alması realdır, bunun Siz özünüz şəxsən şahidi oldunuz!!!! Düzdür almaq çox çətindir, ancaq hərəkət etmək lazımdır, nece deyərlər hərəkətsiz nəticədə olmaz və ona görədə irəli!!!