Beynəlxalq Standartlar üzrə Maliyyə Uçotu


Proqram Beynəlxalq Mühasiblər Assosiasiyası tərəfindən təqdim olunur. IAB 1973 ildə yaradılıb və bir çox ölkələrin mühasiblər peşəsinin nümayəndələrini təmsil edən və maraqlarını müdafiə edən aparıcı peşəkar təşkilatdır. IAB akkreditə edilmiş ixtisaslaşmanı təmin edən, öz sahəsi üzrə Birləşmiş Krallıq Tənzimləyici Orqanı tərəfindən tanınan yeganə peşəkar üzvlük orqanıdır.Assosiasiya maliyyə mütəxəssisləriüçün yüksək keyfiyyətli maliyyə və biznes kvalifikasiyaları üzrə ixtisaslaşmışdır. IAB Diplom və Sertifikatları dünyanın 90 ölkəsində nüfuzlu sənəd kimi tanınır. O professional mühasiblər üçün aparıcı beynəlxalq təşkilat olaraq qalmaqdadır, minlərlə tələbə və üzvləri bütün dünyaya yayılmışdır. İAB kvalifikasiyalarının keyfiyyəti və toxunulmazlığı QCA (Kvalifikasiyaların və tədris planının təsdiqi üzrə səlahiyyətli orqan) və OFQUAL (İngiltərənin Kvalifikasiya və İmtahanlar üzrə Tənzimləyici orqan) tərəfindən təsdiq olunmuş “Tanınma” statusuna malikdir və İngiltərə QCA, Uels və Şimali İrlandiya icraedici orqanlarının akkreditasiyasına malikdir. İAB kvalifikasiyaları Böyük Britaniyada dövlət maliyyələşmələrinə münasib sayılır. IAB-Böyük Britaniyada “Təltif edən” (Awarding body) qurumlardan biridir, bu isə IAB-in hökumətin aidiyyatı icra orqanı- QCA/Ofqual tərəfindən tanındığını və tənzimləndiyini göstərir.


İAB kvalifikasiyalarından bir qismi ICAEW, ACCA, CIMA and CIPFA kimi professional qurumların bəzi imtahanlarından azad edir. IAB həmçinin Çirkli Pulların Yuyulması Reqlamentinə əsasən Parlament yanında Nəzarət Orqanıdır. IAB kvalifikasiyaları peşəkar qurumun dəyərli üzvlüyünə gətirib çıxarır. Mühasibat uçotu üzrə IAB-ın 3-cü dərəcəli diplomuna (Diploma in Accounting) malik şəxslər IAB-a üzvlük (MIAB) üçün müraciət edə bilərlər.


İAB üzvlərinə geniş və dəyərli xidmət göstərir, peşəkarların və ekspertlərin tələbatını ödəyən tədris proqramları təqdim edir.Müvəffəqiyyətlə verilmiş imtahanların nəticələrinə görə dinləyicilərə Böyük Britaniyadan göndərilmiş IAB Diplomu təqdim olunur.




Beynəlxalq Standartlar üzrə Maliyyə Uçotu


Level 4 Diploma to International Accounting Standarts

  1. 1)Müəssisə (Şirkət) haqqında Təqdimat

  2. 2)Müəssisənin (Şirkətin) Kapital Strukturu

  3. 3)Daxili İstifadə üçün Müəssisənin (Şirkətin) Maliyyə Hesabatlarının Hazırlanması: Gəlir Hesabatı

  4. 4)Daxili İstifadə üçün Müəssisənin (Şirkətin) Maliyyə Hesabatlarının Hazırlanması: Qalıq hesabatı

  5. 5)Tənzimləyici Qaydalar Çərçivəsi

  6. 6)Konseptual Baza

  7. 7)Müəssisənin (Şirkətin) Nəşr olunmuş Hesabatları

  8. 8)Pul Vəsaitlərinin Hərəkəti Hesabatları

  9. 9)Birləşdirilmiş (konsolidə edillmiş) Maliyyə Hesabatları – Hüquqi Çərçivə

  10. 10)Birləşdirilmiş (konsolidə edillmiş) Maliyyə Hesabatları – Qalıq hesabatı

  11. 11)Birləşdirilmiş (konsolidə edillmiş) Maliyyə Hesabatları – Gəlir Hesabatı

  12. 12)Birləşdirilmiş (konsolidə edillmiş) Maliyyə Hesabatları –İştirak payları

  13. 13)Maliyyə göstəricilərinin təhlili


Praktiki məsələlərin həlləri

  1. 1-ci Əlavə

  2. 2-ci Əlavə


İmtahan suallarına nümunə

  1. Sual Kağızı

  2. Cavab Kitabçası

  3. Nümunə Cavablar


3 ay erzinde 12 ders kecilir!


Tədris prosesi:

Müddəti: 3 ay, 12 əyani məşgələ(hər biri 3saat, cəmi 36 saat)


Yoxlama işlərinin yerinə yetirilməsi: Hər biri 2saat davam edən 2 yazılı imtahan



Tədris və imtahan dili: Azərbaycan, rus


Tədris haqqı:AZN 1800 (ƏDV xaric)


İxtisas sənədi: Level 4 Diploma in Accounting to International Standarts