Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları


Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olur.

Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin beşinci təsnifata uyğun olan vəzifələr üzrə ən azı 75 faizini, inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

İmtahanın keçirilmə yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir və imtahanın keçirilməsinə azı 5 gün qalmış bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında məlumat verilir.


İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.


İmtahan testi aşağıdakı test bloklarından ibarət olur:

  1. Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin və Azərbaycan dili üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku;

  2. Qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40 test tapşırığından ibarət test bloku;

  3. İnformasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku;

  4. Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığından ibarət test bloku;

   Namizədlərə imtahan testinin yerinə yetirilməsi üçün 2 saat 30 dəqiqə vaxt ayrılır.


Komissiya müsahibənin keçirildiyi yer və vaxt barədə 5 gün əvvəlcədən namizədlərə məlumat verir.

Hər bir namizədlə müsahibə fərdi qaydada ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir.

Təhsil haqqı:


Dünyagörüşü:

Qrup məşğələləri: 100 AZN

Fərdi məşğələlər: 180 azn


İnformasiya texnologiyaları:

Qrup məşğələləri: 100 AZN

Fərdi məşğələlər: 180 azn


Qanunvericilik:

Qrup məşğələləri: 200 AZN

Fərdi məşğələlər: 300 azn


Məntiq

Qrup məşğələləri: 150 AZN

Fərdi məşğələlər: 200 azn