İlk tibbi yardım


İlk tibbi yardım təlimi, peşəkar tibbi yardım xidmətinin gəlməsinə qədər tibbi yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün təcrübə və məlumatlarla Sizi təmin edəcək.

İlk tibbi yardımın göstərilməsi üçün o qədər də çox texniki bilik və xüsusi avadanlıq tələb olunmur.

Təlim zamanı siz insanların həyatını xilas edilməsinə köməklik göstərməyi öyrənəcəksiniz.

Təsadüfi deyil ki, bəzən hadisə zamanı zərərçəkmişlər və ya qəfil haldan düşmüş şəxslər, hadisə yerində olan şəxslərin nə edə biləcəklərini bilməməsi üzündən vəfat edir.


İlk yardımın məqsədləri:

Həyatı qorumaq

Huşunu itirmiş şəxsləri qorumaq

Vəziyyətin pisləşməsinin qarşısını almaq

Zərərçəkmişin sağalmasına şərait yaratmaq


Təlimin Proqramı:

İlk yardım çantası

İlkin müayinə (TRTNQ)

Fərdi gigiyena qaydaları

Ürək- damar sistemi (ÜAR)

Qanaxmanın müəyyənləşdirilməsi və dayandırılması

Tənəffüs sistemi

Huşsuz vəziyyətdə olan xəstə ilə davranış

Hadisə yerində mənəvi dəstək və təhlükəsizlik

Süni nəfəs

Ürək fəaliyyəti və tənəffüsün bərpası üsulu


Təlimdə iştirak haqqı: 190 AZN (ƏDV xaric)

Təlimin müddəti:8 Saat

Dil:Azərbaycan, Rus və ya Ingilis