Rusiyada imtahansız təhsil


Rusyada (əsasən Moskva şəhərində) bir sıra ixtisas və universitetlərdə təhsil təklif edirik. Bəziləri haqqında məlumat mütamadi olaraq saytımızda yerləşdiriləcək. 

Rusiya Xalqlar Dostluğu Universiteti

 

Universitet 1960-cı ildə təsis edilib.

Status:Dövlət Universiteti

Ölkə: Rusiya

Elmi dərəcəler: Bakalavr

Mütəxəssis

Magistr

Doktor

Şəhər: Moskva

Dil: Rus, ingilis, ispan

Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə Sovet Höküməti tərəfindən təsis edilmişdir.

22 fevral 1961-ci il tarixində universitetə Afrika xalqının Müstəqillik uğrunda mübarizəsi simvollarından biri olan Patrik Lumumbanın adı verilmişdir.

Universitetin 47 ölkədən olan ilk 288 tələbəsi, 1965-ci ildə universiteti bitirmişdilər.

Həmin il Şən ve Hazırcavablar Klubu adlanan beynəlxalq tələbə komandalarının yaranması təşkil edildi.

Şən ve Hazırcavablar Klubu- rus satirik oyunudur.

Şən Hazırcavablar Klubu sonralar ölkənin ən məşhur komandalarından biri oldu.

1966-cı ildə Moskva şəhərinin Cənub-Qərb rayonunda yeni Telebe seherciyi tikintisi başlandı.

Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idilər.

Həmin il universitet Asiya, Afrika və Latın Amerikası ölkələri üçün mütəxəssislərin hazırlanması xidmətinə görə “Xalqlar Dostluğu” ordeni ilə təltif edildi.

5 fevral 1992-ci ildə universitetin adı dəyişdirilərək Rusiya Xalqlar Dostluğu Universiteti adlandırıldı.

Universitet Rusiya Federasiyası Höküməti tərəfindən təsis edilib.

Hal hazırda Rusiya Xalqlar Dostluğu Universiteti Rusiyanın ali təhsil müəsissələri arasında olan lider Dövlət müəsissələrindən biridir.

Rusiya Xalqlar Dostluğu Universiteti dünyada yeganə universitetdir ki, hər il 140 ölkənin tələbəsini birləşdirir.

Universitetin dünyanın klassik universitetlərinə tipik olan,

dünyanın klassik universitetləri üçün çoxsahəli strukturlu fakültələri və ixtisasları var.

Universitetin 77 mindən çox məzunu 170 ölkədə çalışır.

Onlardan 5500-dən çoxu elmlər namizədi və elmlər doktorudur.

Hal hazırda 140 ölkədən olan 29 min tələbə və aspirant universitetdə təhsil alır.

Onlar 450-dən çox millət və dünya xalqlarını təmsil edir.

Universitet tanınmış elmi-tədqiqat mərkəzidir. Bu komandanın 4500 işçi heyyəti var, onlardan 2200-ü yüksək ixtisaslı müəllimlərdir.

Faktiki olaraq, universitetin elmi tədqiqatlarının bütün sahələrinə aid 870-dən çox müəlliflik şəhadətnaməsinin ixtirası və 150 Rusiya Federasiyasının patenti Universitetin İntelektual Fonduna daxildir.

Bir çox xarici və rus siyasi və ictimai xadimlər, görkəmli alimlər Rusiya Xalqlar Dostluğu Universitetinin fəxri professorlarıdir.

Onların arasında Namibiyanın, Anqolanın, Şri-lankanın, Cənubi Afrika Respublikasının, Qabonun və Nigeriyanın prezidentlərini, Bangladeşin, Qazaxstanın baş nazirlərini, Birləşmiş Millətlər Təşkilatının, Təhsil, mədəniyyət və elm üzrə Baş İcraçı Direktoru, СЕПЕС-in direktorunu görmək olar.

Universitet 50 il ərzində bütün dünyada böyük elmi-tədqiqat mərkəzi kimi tanınır və uzun müddətdir ki, Rusiyanın ən yaxşı təhsil müəsissələrinin beşliyinə daxildir.