Ünsiyyət bacarıqları


Dünyanın harasında olursunuz olun, nə ilə məşğul olursunuz olun, ünsiyyət qurmaq və savadlı danışmaq bacarığı gündən günə daha da dəyərli olur.

İnkişaf etmiş ünsiyyət bacarıqları malların satışı, danışıqlar aparmaq, çıxışlar, danışanı başa düşmək və başa düşülmək zaman sizə çox yardım olur və uğur əldə etməkdə köməklik edir.

Şəxsi inkişaf, əhatənizdə olan insanlarla və bütün dünya ilə uğurlu əlaqələr qurmaq üçün ünsiyyət bacarıqlarının çox böyük rolu var.

Hansısa bir ünsiyyət bacarığı kifayət qədər inkişaf etmədikdə ünsiyyət zamanı çox böyük çətinliklər yaranır. Həyat təcrübəsi öyrədir sizi danışıqlar vasitəsilə bir çox problemləri həll etməyi, ancaq hərdən elə bir şərait yaranır ki, əldə etdiyimiz biliklər kifayət etmir problemi həll etmək üçün və belə məsələlər üçün Ünsiyyət bacarıqları təlimi Sizə çox böyük yardımçı olur.


Təlimin Proqramı:

Əlaqə qurmaq bacarıqları və qurulan əlaqələrin qorunub saxlanması;

Danışıq zamanı insanlara yaxşı təəssürat bağışlamaq;

Öz mövqeyini inandırıcı şəkildə arqumentləşdirmək;

Uğurlaöz maraqlarınımüdafiə etmək;

Konfliktləri həll etmək;

Öz sözlərinin motivini və ətrafınızda olanların hərəkətlərini və reaksiyalarını başa düşmək;

İnkar etmə bacarığı;

Effektiv dinləmək və sual verməkdə aktiv olmaq;

Ünsiyyətdə olduğunuz insanın psixoloji vəziyyətinin diaqnostikası;

Manipulyasiyanı neytrallaşdırmaq;

Işlədiyiniz yerdə, ailə və dostlarınız arasında inam və birlik atmosferi yaratmaq.


Təlimdə iştirak haqqı: 320 AZN

Təlimin müddəti:16 saat

Dil:Azərbaycan, Rus və ya Ingilis